Təzə Pir məscidinin ərazisi genişləndiriləcək

Təzə Pir məscidinin ərazisi genişləndiriləcək. 

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Təzə Pir məscidinin ərazisinin genişlənməsi Prezident İlham Əliyevin fikridir: 

 
“Bu barədə bu yaxınlarda elan veriləcək. Hazırda məsələ ilə bağlı iş aparılır. Təzə Pir məscidinin ətrafı daha da genişləndiriləcək. Çünki bu məscid bizim mənəvi simvolumuzdur. Bu məscid Azərbayacan xalqı üçün müqəddəs yer olub. Buna görə də dövlət rəhbərinin bura xüsusi rəğbəti var”, - deyə QMİ sədri qeyd edib.