Batma təhlükəsi ilə üzləşən bir nəfər xilas edilib

Bu gün batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Şıx ictimai çimərliyi ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən bir nəfər xilas olunub.