Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
İyulun 31-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 100, o cümlədən borclu şəxs qismində axtarılan 89 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

