Qanunsuz balıq ovlayanlar saxlanılıb

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Arzu Babayevanın  verdiyi məlumata görə, araşdırma zamanı qanunsuz balıq ovlayanların Neftçala rayon sakini Rahil Xankişiyev və Salyan rayon sakini Şahin Cəbrayılov olduğu müəyyən edilib, onlardan uzunluğu 20 metr olan 2 ədəd sintetik tor götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində akt və protokol tərtib olunub, qanunamüvafiq tədbirlər görülüb.