Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün 403 nəfər qeydiyyatdan keçib

Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün namizədlərin qeydiyyatı iyunun 10-u saat 23.59-da yekunlaşacaq.

Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, bu gün saat 12.30-a olan məlumata görə, 2-ci imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərin sayı (Azərbaycan bölməsi üzrə 355, rus bölməsi üzrə 48) 403 nəfərdir.

Xatırladaq ki, qeydiyyatdan keçməyən namizədlər imtahana buraxılmayacaqlar.