DGK sədrinin Yevlaxda keçiriləcək vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun sentyabrın 29-na nəzərdə tutulmuş qəbulu sentyabrın 26-na keçirilib.

DGK-dən bildirilib ki, komitə sədri Şahin Bağırov sentyabrın 26-da saat 10:00-da Yevlax şəhərində Yevlax Gömrük Postunun inzibati binasında (ünvan: Yevlax şəhəri, Bakı prospekti 28) Yevlax və Mingəçevirdən olan vətəndaşları qəbul edəcək.

Görüş zamanı Yevlax və Mingəçevir şəhərlərinin sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.