Azad edilmiş ərazilərdə ötən ay 909 partlamamış hərbi sursat aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən sentyabr 4 min 550,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə aylıq məlumatında bildirilir.

Məlumata əsasən, ötən ay Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında icra olunan əməliyyatlar nəticəsində ümumilikdə 242 piyada əleyhinə, 447 tank əleyhinə mina, 909 partlamamış hərbi sursat aşkarlanıb.