Sabirabadda həmkəndlisinə xəsarət yetirən şəxs saxlanılıb
Oktyabrın 7-də axşam saatlarında Sabirabad rayonunun Çöl Dəllək kənd sakini, 1991-ci il təvəllüdlü S.Dəmirovun kəsilmiş-deşilmiş xəsarət alması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən S.Dəmirovun həmkəndlisi, 1979-cu il təvəllüdlü Şükür İbadov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

