Azərbaycan neftinin qiyməti 132 dolları ötüb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
“Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,3 ABŞ dolları və ya 3,36 faiz artaraq bir barel üçün 132,35 ABŞ dolları təşkil edib.

