Azad edilmiş ərazilərdə ötən ay aşkarlanmış mina və partlamamış hərbi sursatların sayı açıqlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan bildiriblər ki, oktyabrın 1-dən 31-dək Kəlbəcər, Tərtər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 767 mina, tank əleyhinə 928 mina və 8537 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ay ərzində 6687,4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.