Qətl törədib polisə təslim oldu

Noyabrın 1-də saat 16 radələrində Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Abdullayev Cavanşir Ruhulla oğlunun “Revolver” tipli tapança ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Xudaverdiyev Pərviz Cabir oğlu saxlanılıb.

O, polisə gələrək təslim olub.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.