Ermənistan-Rusiya Birləşmiş Qoşunlar Qrupuna yeni komandan təyin edildi

Ermənistan-Rusiya Birləşmiş Qoşunlar Qrupuna yeni komandan təyin edilib.

Trend bu barədə erməni KİV-inə istinadən xəbər verir.

Məlumata görə, bu vəzifəyə general-mayor Artak Budaqyan təyin edilib. Həmçinin, V.Sarkisyan adına hərbi akademiyanın rəisi, polkovnik Artur Yeroyan Baş Qərargah rəisi təyin olunub.

Bildirilir ki, təyinatlara dair müvafiq fərmanları Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş nazir Nikol Paşinyanın təklifi ilə imzalayıb.

 

Bundan başqa, Baş Qərargah rəisinin birinci müavini general-leytenant Kamo Koçunts vəzifəsindən azad edilib.