Avropa Liqası: “Qarabağ”ın 1/8 finaldakı rəqibi bəlli olub
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində "Qarabağ"ın da rəqibi müəyyənləşib. Tədbirdə Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl də iştirak edib.
Püşkün nəticəsinə əsasən, Azərbaycan çempionu bu raundda Almaniyanın “Bayer” klubu ilə üz-üzə gələcək.
Avropa Liqası
1/8 final cütləri
"Sparta" Praqa (Çexiya) - "Liverpul" (İngiltərə)
"Marsel" (Fransa) - "Vilyarreal" (İspaniya)
"Roma" (İtaliya) - "Brayton" (İngiltərə)
"Benfika" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)
"Frayburq" (Almaniya) - "Vest Hem" (İngiltərə)
"Sportinq" (Portuqaliya) - "Atalanta" (İtaliya)
"Milan" (İtaliya) - "Slaviya" Praqa (Çexiya)
"Qarabağ" (Azərbaycan) - "Bayer" (Almaniya)
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə bundan bir həftə sonra reallaşacaq.