Qurban Yetirmişli “Российский сейсмологический журнал” elmi jurnalının redaksiya heyətinə üzv seçilib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Rusiya Elmlər Akademiyasının Federal Tədqiqatlar Mərkəzinin Geofizika Xidmətinin “Российский сейсмологический журнал” elmi jurnalının redaksiya heyətinə üzv seçilib.
Mərkəzin informasiya şöbəsindən bildiriblər ki, bununla bağlı Rusiya Elmlər Akademiyasının Federal Tədqiqatlar Mərkəzinin Geofizika Xidmətinin direktoru Yuri Vinoqradov RSXM-ə məktub göndərib.
Qeyd edək ki, yeni jurnalda seysmologiya və geofizika sahəsində aparılan elmi tədqiqatlara dair məqalələr nəşr ediləcək.

