Futzal üzrə Azərbaycan yığması Serbiya millisini məğlub edib
Bu gün futzal üzrə Azərbaycan millisi Serbiya komandası ilə yoldaşlıq oyunu keçirib.
Zrenjanin şəhərindəki “Kristal Zal”da Serbiya yığması ilə qarşılaşan komandamız 2:1 hesabı ilə qələbə qazanıb.
Millimizin qollarını Fineo de Araujo və Sezar Conatan vurub.
Bu komandalar arasında növbəti oyun aprelin 16-da, Bakı vaxtı ilə saat 20:00-da Pozarevaç şəhərindəki idman mərkəzində keçiriləcək.

