Ekvador zülmətə qərq olub: əhali susuz, nəqliyyat iflic vəziyyətdə qalıb

Ekvador tamamilə zülmətə qərq olub, ölkənin hər yerində elektrik enerjisinin kəsilməsi qeydə alınıb.

Bu barədə ölkənin yerli KİV-ləıri xəbər verir.

Məlumata görə, buna səbəb elektrik xətlərində baş verən nasazlıqdır.

Paytaxt Kitoda metro işləmir. Həmçinin, işıqforların işləməməsi şəhərdə nəqliyyat sıxlığına səbəb olub. Ölkədə internet xidmətlərində fasilələr müşahidə olunur.

Qeyd edək ki, Ekvador bir neçə aydır, enerji sahəsində ağır böhran yaşayır. Quraqlıq səbəbindən su elektrik stansiyalarının işləməməsi və Kolumbiyadan elektrik enerjisi tədarükünün dayandırılması vəziyyəti daha da ağırlaşdırıb.//Trend