Heydər Əliyev prospektinin bir zolağında nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb
Paytaxtın Heydər Əliyev prospektinin orta yol mərkəz istiqamətində təmir işləri ilə əlaqədar zolaqla nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Bu səbəbdən qeyd edilən istiqamətdə sıxlıq müşahidə olunur.
Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

