QHT regionlarda gənclər arasında vətənpərvərliyin təbliği tədbirlərini davam etdirir

"Gənclərin Həmrəyliyi" ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mailiyə dəstəyi ilə "Azərbaycan regionlarında gənclər arasında vətənpərvərliyin təbliği adlı tədbirlərin təşkili” layihəsinin icrasını davam etdirir.

 

Yerveinsan.az xəbər verir ki, layihə çərçivəsində  növbəti tədbir  Sabirabad rayon Gənclər Evində reallaşıb. Tədbir də ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhları 1 dəqiqəlik sükutla yad edilib.


Tədbiri giriş sözü ilə açan Sabirabad rayon İcra Hakimiyyətinin birinvi müavini Həsən Həsənov çıxış edərək bildirib ki, respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverənliyi uğrunda gedən döyüşlərdə 220 Sabirabad sakini  qəhrəmancasına həlak olub. Onlardan 2 Sabirabadlı milli qəhrəman adına laqyiq görülüb. 


Daha sonra çıxış edən layihə rəhbəri  Zülfiyyə Nuriyeva layihə haqqında geniş məlumat verib. O, qeyd edib ki, layihənin əsas məqsədi torpaqlarımız uğrunda canından keçən oğullarımızın qəhrəmanlıqlarının təbliğ olunmasıdır.


Digər çıxışçılar  Qarabağ müharibəsi veteranları Faiq Hüseynov, Rəhman Bağırzadə, İslam Aslanov keçdikləri döyüş yolundan danışaraq,  vətəni müdafiə etdiklərindən qürur duyduqlarını tədbir iştirakçılarına çatdırıblar.  Sonda qəhrəmanlar haqqında video-çarx nümayiş olunub.

 

Fotosessiya