Salyanda yanğının söndürülməsində YAP namizədi də fəal iştirak edib - VİDEO

Salyanın Xalac kəndində yanğın hadisəsi baş verib.
Hadisə zamanı yanğının söndürülməsində yerli sakinlərlə yanaşı, Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Sadiq Qurbanov da fəal iştirak edib. S. Qurbanovun bu hərəkəti yerli sakinlər tərəfindən yüksək qiymətləndirilib. Yanğının səbəbləri araşdırılır və aidiyyəti qurumlar tərəfindən dəqiqləşdirilir.
Vaxtında müdaxilə Salyanda böyük fəlakətin qarşısını alıb.