Azərbaycanda dalğa enerjisinin hansı perspektivləri var?
Dalğa enerjisi okean və dənizlərin dalğalarının kinetik və potensial enerjisindən istifadə edərək, elektrik enerjisi istehsalını mümkün edən bir bərpa olunan enerji mənbəyidir. Azərbaycanın coğrafi mövqeyi və Xəzər dənizinin varlığı, bu enerji növünün istifadəsi üçün potensial yaradır. Dünyanın 75%-nin su ilə əhatə olunduğunu nəzərə alaraq, gələcək illərdə bu kimi bərpa olunan enerji növünün istifadəsinin daha geniş yayılması ehtimal edilir.
Bu yazıda Azərbaycanda dalğa enerjisinin istifadəsi, cari vəziyyəti, mövcud imkanlar və gələcək perspektivlərini araşdırılıb.
Azərbaycanda Xəzər dənizi dalğa enerjisinin istehsalı üçün əlverişlidir. Xəzər dənizinin sahil xətləri boyunca dalğaların intensivliyi dalğa enerjisinin istifadəsi üçün müsbət şərtlər yaradır. Ölkənin dəniz sahilinin uzunluğu və dalğa rejimi dalğa enerjisinin istehsalında əhəmiyyətli rol oynayır.
Hazırda Azərbaycanda dalğa enerjisi ilə bağlı genişmiqyaslı layihələr olmasa da, bəzi pilot tədqiqat və layihələr həyata keçirilməkdədir. Bu layihələr dalğa enerjisinin istehsalına dair texnologiyaların inkişafını, sınaqlarını və effektivliyini artırmağı hədəfləyir. Bununla yanaşı, dövlət bərpa olunan enerji sektoruna, o cümlədən, dalğa enerjisinə yönəlik müvafiq siyasət və strategiyalar hazırlayır. Bu, enerji müstəqilliyini artırmaq və ekoloji cəhətdən dost enerji istehsalını təşviq etmək məqsədini güdür.
Dalğa enerjisinin istifadəsi fosil yanacaqlardan asılılığın azaldılmasına kömək edir. Bu enerji növü karbon emissiyalarını azaldır və ətraf mühitin qorunmasına təkan verir. Xəzər dənizinin ekosisteminin qorunması üçün də dalğa enerjisinin inkişafı əhəmiyyətlidir.
Bütün bunlarla yanaşı, Azərbaycanda dalğa enerjisinin inkişafına dair bəzi çətinliklər mövcuddur.
Birinci növbədə dalğa enerjisi texnologiyalarının inkişafı və tətbiqi üçün ilkin maliyyə investisiyaları tələb olunur. Bu, xüsusilə inkişaf mərhələsində olan layihələr üçün çətinlik yarada bilər. Bu enerjinin istehsalında istifadə edilən texnologiyalar hələ də inkişaf etdirilməkdədir. Bunun üçün müvafiq texnoloji təchizat və bilik tələb olunur.
Dalğa enerjisi Azərbaycanın bərpa olunan enerji sektorunda inkişaf etdirilməsi zəruri olan bir sahədir. Gələcəkdə dalğa enerjisinin potensialından daha geniş istifadə etmək məqsədilə bir neçə istiqamətdə addımlar atılmalıdır:
Dalğa enerjisi sahəsində tədqiqatların artırılması bu enerji növünün səmərəliliyini və tətbiq imkanlarını genişləndirməyə kömək edəcək. Dövlət və özəl sektor arasında əməkdaşlığın artırılması dalğa enerjisi layihələrinə investisiya cəlb etmək üçün vacibdir. Onun faydaları haqqında məlumatlandırmanın artırılması cəmiyyətin bu enerji növünə olan marağını artıracaq.
Azərbaycanda dalğa enerjisi hələ inkişaf mərhələsində olsa da, ölkənin coğrafi və ekoloji şərtləri bu sahənin inkişafı üçün əlverişlidir. Gələcəkdə dalğa enerjisinin istifadəsi Azərbaycanın enerji təhlükəsizliyini artırmağa və ekoloji cəhətdən dayanıqlı enerji istehsalına yönəlik vacib addımlar atmağa imkan verə bilər. Bu sahənin inkişafı, həmçinin, beynəlxalq müstəvidə Azərbaycanın bərpa olunan enerji resurslarının tanınmasına da kömək edəcək.//Trend