Laçın rayonunda zəlzələ olub
Noyabrın 23-də Azərbaycanda zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, zəlzələ Ağdam stansiyasından 74 km cənub-qərbdə Laçın rayonunda qeydə alınıb.
Yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4,5-ə bərabər olub.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunub.