İnzibati rəhbər vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat davam edir
Dövlət qulluğu vəzifələri üzrə (A növü) test imtahanında iştirak üçün namizədlərin qeydiyyatı davam edir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, iyunun 4-ü saat 11:10-a olan məlumata görə, test imtahanında iştirak etmək üçün 22 (AA - 3, AB - 5, AC - 14) nəfər qeydiyyatdan keçib. Qeydiyyat prosesi iyulun 12-dək davam edəcək.
Qeyd edək ki, imtahan iyulun 14-də Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.

