Rusiyada yaşayan həmvətənlərimiz asanlıqla pensiya ala biləcəklər - VİDEO

Rusiyada yaşayan həmvətənlərimiz də ölkəyə qayıtdıqda asanlıqla pensiya ala biləcəklər.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəylinin sözlərinə görə, bir müddət əvvəl Rusiya nümayəndə heyəti ilə Azərbaycanda görüş keçirilib. Yaxın vaxtlarda da pensiyaların tanınması haqqında sazişlə bağlı müzakirələr aparılacaq.

İlin sonuna kimi razılaşmaların əldə ediləcəyi və pensiyaların tanınması haqqında sazişin imzalanacağı gözələnilir.

Mustafa Abbasbəyli avtomatlaşdırılmış pensiya sistemindən danışaraq bildirib ki, bu günə qədər təxminən 12 minə yaxın insana bu qayda ilə pensiya təyin olunub. İlin sonuna kimi isə bu rəqəmin 30 minə çatacağı gözlənilir. Özünəməşğulluq proqramından da danışan Mustafa Abbasbəyli deyib ki, bu fəaliyyətə cəlb edilənlərin sayı hər il artır.

Özünəməşğulluq fəaliyyətinə artıq beynəlxalq təşkilatlar da cəlb edilir. Bu il və gələn il bu sahəyə dövlət vəsaiti ilə yanaşı, Dünya Bankının da vəsaitinin cəlb olunması nəzərdə tutulub.