Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 min 204 namizəd iştirak hüququ qazanıb. Həmin namizədlərin şəxsi səhifələrinə test imtahanının keçiriləcəyi tarix və yer barədə məlumat göndərilib.

Təhsil Nazirliyindən bildiriblər ki, test imtahanlarının iyulun 8-dən etibarən Azərbaycan Texniki Universitetinin idman zalında (ünvan: Elmlər Akademiyası metro stansiyasının yaxınlığı, Ayna Sultanova küçəsi 5) keçirilməsi nəzərdə tutulur. İmtahana gələn namizədlərdən özləri ilə yalnız şəxsiyyəti təsdiq edən sənədin əslini gətirmələri tələb olunur.