DİM-də növbəti TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçirilir

İmtahanlar bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunub.

DİM-dən verilən məlumata görə, TOEFL IBT imtahanı saat 09:30-da başlayıb.

"PTE Academic" ingilis dili imtahanı isə saat 10:00-da start götürüb.

TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil ola bilərsiniz.

 
"PTE Academic" ingilis dili imtahanı haqqında ümumi məlumatla tanış olmaq üçün http://dim.gov.az/activities/exams/pearson-vue/ linkinə daxil ola bilərsiniz.