Ağsuda metamfetamin satan şəxs həbs edilib

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş 30 yaşlı İsmayıl Bilalov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ondan külli miqdarda psixotrop maddə metamfetamin aşkarlanıb.

 Məhkəmənin qərarı ilə İ.Bilalov barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.