FHN: Neft Emalı Zavodunun ərazisindəki yanğın tam söndürülüb
Bakı şəhərinin Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində geniş sahəyə yayılmadan tam söndürülüb.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

