Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonu, Azadlıq prospekti ilə Nəsibbəy Yusifbəyli küçələrinin kəsişməsində yeraltı orta təzyiqli qaz kəmərindən ayrılan qaz xəttində sızmanın aradan qaldırılması məqsədi ilə 21.06.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilib ki, həmin müddətdə Nəsibbəy Yusifbəyli, Mirəli Qaşqay, Salatın Əsgərova, Şamil Əzizbəyov, İzzət Həmidov, Plotnikov, Kaveroçkin, Dağıstan, Ənvər Qasımzadə, Eldar Tağızadə küçələrinin, Azadlıq və Vaqif prospektlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.