"Gənclik Mall"a gedən yol bağlandı - SƏBƏB?
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Fətəli xan Xoyski prospektində tunelə girişdə qeydə alınıb. Üzü Koroğlu-Rəhimov küçəsi istiqamətində iki nəqliyyat vasitəsi toqquşub.
Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, qəza səbəbindən hazırda "Gənclik Mall" istiqamətində tunelə girişdə sıxlıq müşahidə edilir.

