DOĞMA FAKÜLTƏMİZİN HƏMYAŞIDI GÖRKƏMLİ ALİM, İDEAL MÜƏLLİM, GÖZƏL İNSAN, NURLU ŞƏXSİYYƏTİ ANARKƏN

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə 1 sentyabr 1919-cu ildə təsis edilmiş Bakı Dövlət Universiteti Şərqdə ilk ali məktəb olmaqla elm, təhsil və mədəniyyət ocağı kimi bu günədək öz bayrağını uca tutmaqdadır.
Klassik milli universitet missiyasını hər zaman yerinə yetirən bu elm məbədində yarandığı vaxtdan müasir dövrədək çoxsaylı alimlər işləmiş, elm və təhsil sahəsində vətənə, xalqa öz sonsuz sədaqətlərini parlaq əməlləri ilə isbat etmişlər.
Universitetin fəaliyyətdə olduğu 100 ildən artıq bir dövr ərzində müxtəlif ixtisaslar üzrə 150 000-dən çox mütəxəssis hazırlanmışdır. Belə mütəxəssislərin hazırlanmasında universitet alimlərinin rolu əvəzsizdir. Məhz bu alimlər həm respublikada, həm respublikadan kənarda universitetin imicini formalaşdırmışlar.
Son illərdə BDU-da gənc nəslin savadlı və yüksəkixtisaslı kadr kimi hazırlanmasında 1500-dən çox professor-müəllim heyəti çalışır. Bunların içərisində 21 nəfər AMEA-nın həqiqi və müxbir üzvü, 300-dən çoxu professor, 800-ə yaxın fəlsəfə doktoru, dosentlər fəaliyyət göstərir.
1943-cü ildə yaradılmış Geologiya fakültəsi 70 ildən artıq vaxt ərzində yüksək professionallıqla minlərlə gəncin geoloq ixtisasına yiyələnməsində uzun və şərəfli bir yol keçmişdir.
Qeyd etmək lazımdır ki, BDU-ya müxtəlif illərdə rəhbərlik etmiş rektorlar içərisində geoloq-rektorlar da olmuşdur. Bunlar akademiklər Ş.F.Mehdiyev və F.M.Bağırzadədir.
Bu illər ərzində fakültədə akademiklər Mirəli Qaşqay, Musa Əliyev, Şəfayət Mehdiyev, Əzəl Sultanov, Faiq Bağırzadə, Ədhəm Şıxəlibəyli, Akif Əlizadə, Vasif Babazadə, Arif İsmayilzadə, Fəxrəddin Qədirov, müxbir üzvlər Qədir Sultanov, Heydər Əfəndiyev, Xudu Məmmədov, Elmira Əliyeva, Kərim Kərimov, professorlar Əziz Əsgərov, Səttar Süleymanov, Manaf Zahiri, Həbib İsrafilov, Tofiq Şahsuvarov, Sərdar Səmədov, Sübhi Bektaşi, Vasif Əliyev, Fuad Axundov, Ədhəm Mahmudov, Cəbrayıl Azadəliyev, Məmməd Çıraqov, Hikmət Mahmudov, Sokrat İsayev, Musa Məmmədov, Bahadur Qələndərov, Ayvaz Xalaflı, Nazim İmamverdiyev, Şəhla Abdullayeva, Zəki Vəliyev və başqaları elm estafetinin şərəfli daşıyıcıları olmuşlar.
Bu şərəfli kollektivin layiqli davamçısı olan professor Vaqif Ramazanovun da alimlər arasında özünəməxsus rolu və çəkisi vardır.

Məqalənin tam mətni üçün PDF versiyasına baxın.

 

PDF