Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin təkbətək görüşü başlayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcü həmkarı Maka Boçorişvili arasında təkbətək görüşü başlayıb.
Bu barədə Azərbaycan XİN-dən bildirilib.
Qeyd edilib ki, nazirlər Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivlərini, regional məsələlər üzrə əməkdaşlıq və strateji tərəfdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edəcək.