Birinci vitse-prezident Mehriban Əliyeva Cabir İmanovun vəfatı ilə bağlı paylaşım edib (FOTO)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı rəsmi "Instagram" hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Nurlu, səmimi və qeyri-adi istedada malik insan – Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı. Bütün ailəmiz kədərlənir, onun yaxınlarına və doğmalarına başsağlığı veririk.
Allah rəhmət eləsin!"