Ortaq türk əlifbasının formalaşdırılmasını tezləşdirməliyik - Ərdoğan

Ortaq türk əlifbasının formalaşdırılmasını tezləşdirməliyik.
Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
O bildirib ki, Çingiz Aytmatovdan bəhs edən əsərlə Oğuznamələri ortaq əlifba ilə nəşr edilib və bu gün həmin nəşrlərin nüsxələri TDT liderlərinə təqdim ediləcək.
Ərdoğan eyni zamanda, 15 dekabrın - Dünya Türk dili Ailəsi Günü kimi elan olunmasını təklif edib.