Nərimanov və Sabunçu rayonlarında oğurluq edənlər saxlanılıblar
Nərimanov rayonunda mağazaların birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 1-də Bakı şəhər sakini polisə müraciət edərək ona məxsus mağazadan 30 min manat dəyərində dam örtüklərinin talandığını bildirib.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı R.Səmədov müəyyən olunaraq saxlanılıb.
Paytaxtın Sabunçu rayonunda isə bir nəfərə məxsus 2 min 300 manat dəyərində moped oğurlamaqda şübhəli bilinən yeniyetmə də polis tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.

