Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfərə yola düşüb

3 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 4 noyabr tarixində Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.