Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir
Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışı zamanı bildirib.
"İlkin olaraq ildə 15 milyon ton yük daşıma gücünə malik bu dəmir yolu Orta Dəhlizin mühüm bir hissəsinə çevriləcək", - deyə Prezident İlham Əliyev qeyd edib.
Dövlət başçısı oxşar avtomobil yolunun tikintisi ilə bağlı işlərin də başa çatmaq üzrə olduğunu bildirib.

