Gələn ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsi birinci oxunuşda qəbul edilib

illi Məclis “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.

Qeyd edilib ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat, xərcləri 41,7 milyard manat məbləğində nəzərdə tutulur. Gələn il icmal büdcənin gəlirləri 45 milyard manat, xərcləri 48,8 milyard manat, kəsiri isə 3,9 milyard manat proqnozlaşdırılır.