Zelenski və Starmer sülh planını müzakirə ediblər
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə telefon danışığı olub və onlar sülh prosesinin planlaşdırılması üzrə diplomatik işin nüanslarını müzakirə ediblər.
Bu barədə Ukrayna Prezidenti Ofisi məlumat yayıb.
Liderlər, həmçinin növbəti addımlarını əlaqələndirməyə davam etmək barədə razılığa gəliblər.
Zelenski dəstək üçün bütün Britaniya cəmiyyətinə təşəkkür edib.
Sabah İsveçrədə məsləhətçilər – Ukrayna, ABŞ və E3 formatının, yəni Britaniya, Fransa və Almaniya nümayəndələri işləyəcək.
Zelenskinin sözlərinə görə, Avropa liderlərinin böyük əksəriyyəti kömək etməyə və iştirak etməyə hazırdır.
"Hazırda müxtəlif səviyyələrdə məsləhətləşmələr davam edir və həqiqi və davamlı sülhə nail olmaq üçün səy göstərən hər kəsin fəaliyyəti həlledicidir", - deyə dövlət başçısı vurğulayıb.//Azərtac

