Metroda bənövşəyi xətdə interval endirilib
“Bakı Metropoliteni” QSC bənövşəyi xətdə qatarların hərəkət intervalını ilk dəfə 5 dəqiqəyədək azaldıb.
Bu barədə QSC-dən bildirilib.
Məlumata görə, rəqəmsal həllərin tətbiqi, texniki tənzimləmə və optimallaşdırma işləri nəticəsində hərəkət intensivliyi artırılıb, xəttə əlavə bir qatar buraxılıb.
Nəticədə “Avtovağzal–Xocəsən” sahəsində interval 16 dəqiqədən 10 dəqiqəyə, “Avtovağzal–8 Noyabr” sahəsində isə 8 dəqiqədən 5 dəqiqəyə endirilib.

