Coğrafiya İnstitutunun şöbə müdiri: Xəzər dənizinin Lənkəran sahillərində ağac qalıqlarının üzə çıxması nadir hadisə deyil
Xəzər dənizinin Lənkəran sahillərində ağac qalıqlarının üzə çıxması nadir hadisə deyil.
Bunu Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib.
O bildirib: “Xəzərin səviyyəsi son 1000 il ərzində mənfi 33-25 metr arasında dəyişib. Səviyyənin çox endiyi vaxtlarda sahil zonası genişlənib, nəticədə süni və ya təbii şəkildə meşələr yaranıb. Sonra yenidən dənizin səviyyəsi qalxdığı üçün həmin yaşıllıqlar suyun altında qalıb. Son günlərdə suyun çəkilməsindən asılı olaraq, həmin ağacların kötükləri yenidən Lənkəran sahillərində görünməyə başlayıb. Bu, Xəzərin səviyyə dəyişmələri üçün çox da fövqəladə hadisə deyil”.//Azərtac

