MİDA mənzillərinin qanunsuz satışını təşkil edənlər saxlanıldı

Bakı şəhərində MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 "Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar.

Fakt üzrə həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür", - deyə məlumatda qeyd olunub.