Hikmət Hacıyev Qətər Əmirinin milli təhlükəsizlik üzrə müşaviri ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətər Əmirinin milli təhlükəsizlik üzrə müşaviri, Məhəmməd bin Əhməd əl-Misnəd ilə görüşüb.
O, bu barədə "X" hesabında yazıb.
Bildirilib ki, görüş zamanı ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq inkişaf müzakirə olunub.

