Türkiyənin vitse-prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 22-də Şəhidlər xiyabanına gəlib.

Nümayəndə heyəti Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər güllər düzüb. Həmçinin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Daha sonra Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət olunub, abidə önünə əklil qoyulub, gül dəstələri düzülüb.