Maduro və həyat yoldaşı Venesueladan helikopterlə çıxarılıb
BMT-nin Baş katibi Antoniu Quterreş ABŞ-ın Venesuelaya qarşı apardığı əməliyyat fonunda tərəfləri dialoqa başlamağa çağırıb. Bu barədə RİA Novosti BMT Baş katibinin nümayəndəsi Stefan Dyujaŕrikin açıqlamasına istinadən xəbər verir.
Bundan əvvəl ABŞ-ın vitse-prezidenti Cey Di Vens Venesuela lideri Nikolas Maduronun saxlanılması ilə bağlı tənqidlərə cavab verib. Onun sözlərinə görə, ABŞ-da narkotik alverinə görə ədalət mühakiməsindən yayınmaq mümkün deyil.
ABŞ prezidenti Donald Tramp bildirib ki, “Delta” xüsusi təyinatlı bölməsinin döyüşçüləri tərəfindən ələ keçirilən Maduro və onun həyat yoldaşı Siliya Flores Venesueladan helikopterlə çıxarılıb və daha sonra onları Nyu-Yorka aparacaq gəmiyə mindiriblər.
Helsinki Universitetinin professoru Tuomas Malinen ehtimal edib ki, Avropa liderləri ikiüzlülük səbəbindən ABŞ-a qarşı heç bir addım atmayacaqlar. Professor Almaniya, Polşa və Finlandiya rəhbərlərindən qınayıcı bəyanatlar gözlədiyini də qeyd edib.

