Metronun "20 Yanvar" stansiyasının platformasında bir nəfər ölüb

Bu gün saat 11:30 radələrində metronun “20 Yanvar” stansiyasının platformasında bir nəfər kişi cinsli sərnişinin halı pisləşib.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.