Ərdoğanın erməni əsgərlərinin ailələrinə pul yardımı edəcəyi ilə bağlı xəbər yalan çıxdı (FOTO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı fərmanla Türkiyənin müharibədə həlak olmuş erməni əsgərlərinin ailələrinə yardım göstərəcəyi barədə yayılan iddialar yalan çıxıb.

Yerveinsan.az Trend-ə istinadla xəbər verir ki, Türkiyənin Dezinformasiya İlə Mübarizə Mərkəzi (DMM) sosial şəbəkələrdə yayılan məlumatı təkzib edərək bu kimi iddiaların Türkiyə-Azərbaycan münasibətlərini hədəfə aldığını qeyd edib.

Qurum rəsmi “X” səhifəsində bununla bağlı paylaşım edib:

 “Bəzi media orqanlarında və sosial şəbəkələrdə yayılan, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Ermənistanda həlak olmuş əsgərlərin ailələrinə və cəmiyyətin yardıma ehtiyacı olan təbəqələrinə 10 milyon dollar maddi yardım ayrılmasını nəzərdə tutan fərman imzaladığı barədə iddialar tamamilə əsassızdır.

İctimaiyyətin ölkəmizi və Türkiyə–Azərbaycan münasibətlərini hədəf alan dezinformasiyalara etibar etməməsi, yalnız rəsmi qurumlar tərəfindən yayılan açıqlamaları nəzərə alması xahiş olunur”,- deyə məlumatda qeyd olunur.