Anar Əliyevin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin Qobustan rayonunda fevralın 27-də keçirilməsi nəzərdə tutulan vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.
Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Vətəndaşlara görüşün keçiriləcəyi vaxt barədə əlavə məlumat veriləcək.

