Mixay Popşoi: Naxçıvan Muxtar Respublikasına dron hücumlarını qəti şəkildə pisləyirik

Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və mülki insanların xəsarət alması ilə nəticələnən Naxçıvan Muxtar Respublikasına dron hücumlarını qəti şəkildə pisləyirik.

Bu fikirləri Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirilən brifinqdə söyləyib.

Nazir xarici işlər naziri kimi Azərbaycana ilk dəfə səfər etməkdən məmnun olduğunu da ifadə edib.