Martın 24-də gözlənilən hava şəraiti açıqlanıb
Martın 24-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6 dərəcədən 9 dərəcəyədək isti, gündüz 12 dərəcədən 17 dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəsək.
Havanın temperaturu gecə 8 dərəcədən 11 dərəcəyədək isti, gündüz 18 dərəcədən 23 dərəcəyədək isti, dağlarda gecə 0 dərəcədən 5 dərəcəyədək isti, gündüz 12 dərəcədən 17 dərəcəyədək isti olacaq.

