Britaniya Hörmüz boğazında ABŞ-a dəstək olacağını bildirib

Britaniya Hörmüz boğazında ABŞ-ın başçılıq etdiyi təhlükəsizlik missiyasına qoşulacağını bəyan edib.

 Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, regiondakı mövcudluğunu artıracaq və Britaniyanın Kral dəniz piyadaları gəmiləri ABŞ gəmiləri ilə bərabər boğazdan keçən tankerləri müşayiət edəcək.

Britaniyanın bölgədə “HMS Montrose” və “HMS Duncan HMS” kimi dəniz piyadası qüvvələri var. “HMS Montrose” planlaşdırılan təmir işlərinə görə bu ayın sonunda regionu tərk etməlidir.

 

Britaniya İranın Fars körfəzində fəaliyyət göstərən neft tankerinin ələ keçirilməsini “qərəzli addım”adlandırıb və Tehranın gəmini qəzaya uğradığına görə saxlaması izahatını rədd edib.apa